lider-media.az

QHT-nin "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihəsi davam edir

Baxış: 28147 Tarix: 2-07-2025, 18:01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə  yardımıilə“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya"adlılayihəsini icra edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ə (BƏCİB) 2-ci qrup əlil, məcburi köçkün Tahir Quliyevvə müharibə veteranı, məcburi köçkün Niyazi Qəhrəmanov müxtəlif problemlərinin həllinə köməklik üçün müraciət ediblər. T.Quliyev 30 ildən artıq Bakı şəhərində ailəsi ilə birgə məcburi köçkün kimi məskunlaşdığını qeyd edir, ömrünün son vaxtlarını möhtərəm Prezidentimiz və müzəffər Ordumuz sayəsində düşmən əsarətindən azad olunan doğma Füzuli rayonunda başa vurmaq arzusundadır. Lazımi dövlət qurumlarında rəsmi qeydiyyatda olsa da, səhhətinin yaxşı olmadığını nəzərə alaraq doğma yurdlarına tezliklə qaytarılmasında köməklik göstərməyi BƏCİB-dən xahiş edir. N.Qəhrəmanov isə onkoloji xəstə olan, 2-ci qrup əlil övladının probleminin həllinə dəstək göstərməyi BƏCİB-dən xahiş edir.


Layihə rəhbəri Tahir Xudiyev məlumat verir ki, müraciət edənlərin hər ikisinin problemlərinin həlli üçün aidiyyəti dövlət qurumlarına ictimai birlik tərəfindən rəsmi müraciətlər edilib. 


 

Məlahət Abdullayeva,


Mətbuat Xidmətindən.



 




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi