lider-media.az

İyul ayının birinci ongünlüyündə ölkə ərazisində gözlənilən hava şəraiti

Baxış: 5172 Tarix: 2-07-2025, 16:32

İyul ayının birinci ongünlüyünün sonlarınadək ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi, bəzi bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yağıntıların əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Qeyd edək ki, bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasından 2 dərəcə, iyun ayında 1 dərəcə yuxarı olub. İyul ayının birinci ongünlüyündə isə temperaturun normaya yaxın olacağı proqnozlaşdırılır.
İyul ayının birinci ongünlüyündə havanın maksimal temperaturunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 3-8 dərəcə aşağı olacağı gözlənilir. Belə ki, ötən ilin iyul ayının birinci ongünlüyündə Bakıda və Abşeron yarımadasında 38, bölgələrdə 40 dərəcəyədək isti müşahidə edilmişdisə, bu ilin müvafiq dövründə Bakıda və Abşeron yarımadasında 30-33, bölgələrdə isə 35 dərəcəyə yaxın isti olacağı ehtimal olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi