
2 iyul 1962-ci ildə qədim Şuşa şəhərində doğulmuşdur. 1979-cu ildə Hacıyev adına 4 saylı Şuşa şəhər orta məktəbini bitirdikdən sonra Kolxozlararası Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdır. 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1982-ci ildə ordudan tərxis olunur və doğma Şuşaya qayıdır. Əmək fəaliyyətinə fəhləlikdən başlasayan Ramiz sonradan çalışdığı idarəyə mühəndis təyin edilir. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur, işləyə-işləyə ali təhsilini davam etdirir.

Ramiz Qənbərov 1988-ci ildə Xalq Hərəkatına qoşulur və erməni təcavüzünə qarşı ilk mübarizə aparanlardan biri olur. Ramizin qəlbinə bu müqəddəs fıkir hakim kəsilmişdi; Millət! Vətən! Torpaq! Azadlıq! Elə bu məqsədlə Moskvada Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında fəal iştirak edir, imperiyanın ədalətsiz qərarlarına qarşı çıxaraq öz haqq səsini ucaldırdı. Bəzən haqsız təzyiqlərə, təqiblərə məruz qalsa da, yolundan dönmür, ölümün gözünə belə dik baxırdı.
O, Azərbaycana qarşı erməni təcavüzünün ilk illərindən torpaqlarımızın müdafiəsinə qalxanların ön sıralarında idi. R.Qəmbərov 1992-ci ildə könüllülərdən ibarət batalyon yaradır və özü də həmin batalyona başçılıq edir. Cəsur döyüşçü batalyonu ilə Şuşa şəhərinin, eləcə də Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşur, quldur yuvalarının darmadağın edilməsində əsl qəhrəmanlıq nümunələri göstərirdi.
Erməni yaraqlıları 29 aprel 1992-ci ildə Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücuma keçirlər. R. Qənbərov batalyonu ilə köməyə gedir. Düşmənin dörd postu ələ keçirilmişdi. Axırıncı post uğrunda mübarizə gedirdi. Düşmən xeyli itki versə də, geri çəkilmək istəmirdi. Ramiz yaraqlıların mövqeyini öyrənmək üçün irəli atılır. Artıq igid komandir ermənilərin hədəfində idi. Bu qeyri-bərabər döyüşdə atılan güllələrdən biri igid komandiri ağır yaralayır. Bir gün sonra, 1992-ci il aprelin 30-da o, gözlərini əbədi yumur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qənbərov Ramiz Bulud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Şuşa şəhərirində dəfn edilib.
Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Xocalının Vətən Müharibəsi Şəhidləri
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb