lider-media.az

Cənazələr Bakıya gətirildi

Baxış: 25183 Tarix: 30-06-2025, 20:30

Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlı qardaşlar-Ziyəddin və Hüseyn Səfərovların cənazələri Azərbaycana gətirilib. Mərhum Səfərovların nəşini daşıyan təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Bir qədər sonra cənazələr ailə üzvlərinə təhvil veriləcək. Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Basqın zamanı Ziyəddin və Hüseyn Səfərov döyülərək öldürülüblər. Hadisə zamanı bir neçə azərbaycanlı da saxlanılıb. Qətlə yetirilənlər tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi