lider-media.az

Baş Prokurorluqda Müdafiə Nazirliyinin işçiləri üçün təlim təşkil edilib

Baxış: 42440 Tarix: 30-06-2025, 18:03

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin 23-25 iyun tarixlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 52 işçisi üçün “Məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın və inzibati xətalara dair işlər üzrə icraatın xüsusiyyətləri” mövzusunda əyani formatda təlim keçirilib.

Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun təcrübəli əməkdaşlarının, habelə tabe rayon (şəhər) prokurorlarının təlimçi qismində iştirak etdiyi tədbir çərçivəsində dinləyicilərə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın və inzibati xətalara dair icraatın aparılması ilə bağlı və digər aktual mövzular tədris edilib.

Təlim zamanı dinləyicilər tədris edilmiş mövzulara maraq göstərib, onları maraqlandırılan suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi