lider-media.az

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

Baxış: 64 Tarix: 30-06-2025, 16:33

news image

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən məzun günündə iştirak edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov məzunları təbrik edib və ölkə miqyasında peşə təhsilli kadrlara olan tələbatın hər il artdığını vurğulayıb. O, uğur qazanmaq üçün çətinliklərdən çəkinməməyi, milli kimliyi qorumağı və azərbaycançılıq dəyərlərini yaşatmağın vacibliyini diqqətə çatdırıb. Agentlik rəhbəri, həmçinin, Azərbaycanın yeni inkişaf mərhələsində — Qarabağın bərpası, sənayeləşmə, yaşıl enerji və innovasiya sahələrində savadlı, bacarıqlı və vətənpərvər gənclərə böyük ehtiyac olduğunu xüsusilə qeyd edib.

Tədbirlər müəssisələrin tələbə və müəllimlərinin iştirakı ilə hazırlanan bədii hissə ilə davam edib. Bu hissədə tələbələr yaradıcılıq qabiliyyətlərini və mədəniyyətə olan maraqlarını nümayiş etdiribilər.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə Elm və Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsindən 17 566 tələbə məzun olur. Məzun olan tələbələrdən 1601 nəfər ilk peşə təhsili səviyyəsi, 15571 nəfər texniki peşə təhsili səviyyəsi, 394 nəfər yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi