lider-media.az

Rusiyada öldürülən azərbaycanlıların nəşləri vətənə gətiriləcək - XİN

Baxış: 21357 Tarix: 28-06-2025, 12:52

Rusiyada öldürülən azərbaycanlıların nəşləri vətənə gətiriləcək - XİN

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlıların nəşlərinin vətənə gətirilməsi ilə bağlı tədbirlər görülür.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, Rusiyada qətlə yetirilən soydaşlarımızın nəşinin Azərbaycana gətirilməsi ilə bağlı XİN-in Rusiyadakı Baş Konsulluğu tərəfindən müvafiq tədbirlər görülür:

"Həmyerlilərimizin nəşinin ölkəmizə nə zaman gətiriləcəyi isə hələlik məlum deyil." - deyə XİN-dən bildirilib.

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı qardaşlar Ziyəddin və Hüseyn Səfərovları, eləcə də onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov OMON-çular tərəfindən döyülərək amansızcasına qətlə yetirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi