lider-media.az

Şamaxıda şahmat festivalı

Baxış: 24314 Tarix: 27-06-2025, 20:59

samaxida-sahmat-festivali-basladi

“Shamakhi Open 2025” beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova və Vüqar Həşimov adına Şahmat Fondunun prezidenti Anar Allahverdiyev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Vüqar Həşimov adına Şahmat Fondunun təşkilatçılığı ilə keçirilən festivalda 7 ölkədən 102 zəka sahibi öz qüvvələrini sınayır. Festivalda iştirakçılar A və B qruplarında mübarizə aparır. Klassik formatda keçirilən yarışın baş hakimi Elşad Abdullayevdir. Yarışın ümumi mükafat fondu 23.150 manatdir. A qrupun qalibi 5.000, B qrupunun qalibi isə 1.000 manatın sahibi olacaq. Festivalda klassik yarışdan əlavə olaraq şahmatın rapid və blits növü üzrə də turnirlər keçiriləcək.







OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi