lider-media.az

Abşeron və Qaradağ rayonlarında silsilə oğurluq edən şəxslər saxlanılıb

Baxış: 22306 Tarix: 27-06-2025, 12:48

Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisində yerləşən 4 evdən ümumilikdə 8900 manat pul, 3500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ş.Abdullayev və 20 yaşlı Ç.Abdullayev müəyyən olunaraq saxlanılıblar.

Qaradağ rayonunda da analoji hadisə baş verib. İki evdən ümumilikdə 2425 manat, 920 dollar pul vəsaiti və 2655 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 42 yaşlı M.Mahmudov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi