MURADOV Ruslan Həmid oğlu
27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə Mingəçevir şəhər 10 saylı (indiki 15 saylı) orta məktəbi bitirmişdir. Vitebsk şəhərində ali məktəbə daxil olsa da, orada təhsilini davam etdirməmiş, doğma Mingəçevirə qayıtmışdır. Ruslan atasının işlədiyi Mingəçevir Texniki rezin Məmulatı Zavodunda işə düzəlmişdir. O, televizorun qabağında oturub həyəcanla cəbhə xəbərlərini izləyirdi. Acı xəbərlər qəlbini göynədirdi. Öz ata-baba yurdlarından zorla qovulan soydaşlarımızın acı taleyi onun yuxusunu ərşə çəkmişdi. Orduya çağırılacağı günü səbirsizliklə gözləyirdi. O, 1992-ci ilin 22 yanvarında Milli Ordu sıralarına daxil oldu. Daxili qoşunlarda xidmət edirdi. Bir neçə ay hazırlıq keçdikdən sonra, 1992-ci il aprelin 14-də Ağdamın Papravənd kəndinə göndərildi. Həmin gün tərk edilmiş kənd uğrunda ağır döyüşlər gedirdi. Ruslanın xidmət etdiyi bölmə yerli özünümüdafıə batalyonunun əsgərləri ilə birlikdə bir sıra uğurlu əməliyyatlar keçirdi. Camaat yenidən öz ev-eşiyinə qayıtdı. Bu əməliyyatların həyata keçirilməsində bir kəşfıyyatçı kimi R.Muradovun böyük zəhməti olmuşdur. Onun düşmən haqqında dəqiq məlumatları mühüm əhəmiyyət kəsb edirdi.
1992-ci ilin avqustunda düşmən ərazisində Azərbaycan silahlı qüvvələrinə məxsus bir təyyarə vurulmuşdu. Ruslan təyyarəçini xilas etmək üçün bir neçə yoldaşı ilə birlikdə keçirilən əməliyyatda iştirak etdi. Onlar mühasirəyə düşdülər. İki gün davam edən ağır döyüşlər nəticəsində mühasirəni yara bildilər.
Ruslan Muradov 1992-ci il avqustun 22-də, Ağdam rayonunun Gülyataq kəndinin azad olunması uğrunda edən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Muradov Ruslan Həmid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Vaxtilə oxuduğu orta məktəb indi onun adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.


Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb