lider-media.az

“Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Baxış: 5110 Tarix: 25-06-2025, 15:34

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 243; 1995, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndinə “Administrasiyasının” sözündən sonra “rəhbər işçilərinə (şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərlərinin müavinləri də daxil olmaqla yuxarı vəzifəlilərə)” sözləri əlavə edilsin.

Maddə 2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I); 2024, № 5 (I kitab), maddə 489, № 7, maddə 748, № 8, maddə 934; 2025, № 2, maddə 96) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci maddədən “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə,” sözləri çıxarılsın;

2.2. 8.1.4-cü maddədən “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı,” sözləri çıxarılsın;

2.3. aşağıdakı məzmunda 11.1.2.6-1-ci maddə əlavə edilsin:

“11.1.2.6-1. Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2025-ci il 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi