lider-media.az

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Belarusda keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak edib

Baxış: 89 Tarix: 24-06-2025, 17:28

Prokurorluq orqanlarında digər ölkələrin ali və ixtisaslaşmış təhsil müəssisələri ilə, həmçinin hüquq-mühafizə orqanları ilə işgüzar əlaqələr qurulur və inkişaf etdirilir. Tədris sahəsində isə yeni model və metodların tətbiqinə xüsusi diqqət yetirilir.

Belə tədbirlərdən biri olaraq, Belarus Respublikası İstintaq Komitəsinin dəvəti ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli iyunun 20-də Minskdə keçirilmiş “İstintaq fəaliyyəti: elm, təhsil, təcrübə” mövzusunda V Beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

Konfrans Belarus Respublikası İstintaq Komitəsinin İxtisasartırma və Yenidən Hazırlıq İnstitutunda baş tutub. Tədbirdə yerli dövlət, məhkəmə və hüquq-mühafizə orqanlarının, ali təhsil və hüquq sahəsində ixtisaslaşmış müəssisələrin, eləcə də Belarus və Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edib.

Konfransı Belarus Respublikası İstintaq Komitəsinin sədri Dmitriy Qora açıq elan edib. Sonra Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Belarus Təhlükəsizlik Şurasının Dövlət katibinin müavini Aleksandr Raxmanov və digər yüksək vəzifəli şəxslər açılış nitqləri ilə çıxış edib.

Konfransda Nigar Qələndərli “Cinayət törətmiş şəxsin tutulması zamanı onun sağlamlığına zərər vurulmasının qanuniliyi” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzəsi konfrans materiallarında dərc olunub, həmçinin Mərkəzin fəaliyyəti barədə video təqdimat iştirakçılara nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçılar səsləndirilən fikirlər ətrafında müzakirələr aparıblar və ümumi nəticələr qiymətləndirilib. Səfərin yekununda qarşılıqlı fəaliyyətin davam etdirilməsi və birgə tədris tədbirlərinin təşkili qərara alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi