lider-media.az

“E-bülleten” sisteminə keçid əmək və sosial müdafiə hüquqlarının təminatı üzrə xidmətlərdə keyfiyyət artımı və çevikliyə imkan verib

Baxış: 25 Tarix: 24-06-2025, 12:19

Bu il mayın 1-dən ölkəmizdə xəstəlik vərəqəsinin elektron sənəd formasında tərtib olunması mühüm əhəmiyyəti ilə diqqəti cəlb edir. Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə işinin nəticəsi olaraq xəstəlik vərəqəsinin e-sənəd formasında tərtib olunmasının faydaları:

  • e-sistemin geri tarixə xəstəlik vərəqəsinin açılmasını mümkünsüz etməsi bu vərəqənin açılmasında hər hansı subyektivlik və saxtakarlıq halının baş verməsinin qarşısını alır;
  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı haqq-hesab cədvəli tərtib edilərkən xəstəlik vərəqələrinin skan edilib e-sistemə yüklənməsinə ehtiyac qalmır, həmin məlumatlar “Əmək və Məşğulluq” alsistemində (ƏMAS) avtomatik əks olunur və kağız daşıyıcılardan istifadə zərurəti, vaxt itkisi aradan qalxır;  
  • işəgötürən əməkdaşına xəstəlik vərəqəsi açılması, habelə hansı tarixdə və tibb müəssisəsində açılması barədə ƏMAS vasitəsilə operativ məlumat əldə edir;
  • xəstəlik vərəqəsi bağlanana qədər işçinin əmək müqaviləsinə xitam verilməsi avtomatik məhdudlaşır;
  • xəstəlik vərəqəsi üzrə e-sənəd əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğuma görə müavinət təyinatı ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna e-qaydada göndərilir və  Fond üçün müavinət təyinatına əsas yaradır, təyinat prosesi çevikləşir;
  • istehsalatda bədbəxt hadisə ilə əlaqədar xəstəlik vərəqi açıldıqda Dövlət Əmək Müfəttişliyi Xidməti bu barədə operativ məlumat alır və təhqiqat prosesi çevikləşir;
  • növbəti mərhələdə əlilliyin qiymətləndirilməsi üçün göndərişlər tərtib olunarkən xəstəlik vərəqi üzrə məlumatlar manual deyil, avtomatik e-sistemdə əks olunur;
  • işəgötürənlər e-bülletenləri ƏMAS-dan, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat əldə edə bilirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi