lider-media.az

IV Bakı Piano Festivalı çərçivəsində Bakıda növbəti konsert proqramı təşkil edilib

Baxış: 179 Tarix: 24-06-2025, 10:01

İyunun 23-də IV Bakı Piano Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində növbəti konsert proqramı təşkil edilib. Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün və Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner də konserti izləyiblər. 
Lider-media.az xəbər verir ki, proqramda pianoçu Rüya Taner (Şimali Kipr), pianoçu Yeganə Axundova (Azərbaycan) və dirijor Valid Ağayevin (Türkiyə) rəhbərliyi ilə Bakı Kamera Orkestrinin ifasında klassik musiqi əsərləri səsləndirilib. 
Konsertdən əvvəl mərkəzin foyesində “Arts Council of Azerbaijan” təşkilatının təşəbbüsü ilə müasir azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgiyə baxış olub. 

Konsert iki hissədən ibarət olub və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 
Qeyd edək ki, IV Bakı Piano Festivalı iyunun 28-dək davam edəcək. 
Bakı Piano Festivalı çərçivəsində, həmçinin müxtəlif art layihələr, sərgilər və caz improvizasiyalarının təşkili planlaşdırılıb.

Səadət 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi