lider-media.az

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Baxış: 309 Tarix: 23-06-2025, 20:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin, ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Qambiya Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan Respublikasının xeyirxah xalqına qardaşlıq salamlarımı və səmimi təbriklərimi çatdırım.

Sizi və bütün Azərbaycan xalqını bu münasibətlə təbrik etmək mənim üçün şərəfdir. Bu əlamətdar bayram xalqın taleyini müəyyən etməyə imkan verən, ölkənin suverenliyini və müstəqilliyini təcəssüm etdirən tarixi bir gündür.Fürsətdən istifadə edərək, ölkənizin sosial-iqtisadi inkişafla bağlı əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyimi bildirirəm. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bu gün uğurla inkişaf edən bir ölkədir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Adama Barrou

Qambiya Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi