lider-media.az

Gecikdirilmiş 137 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Baxış: 109 Tarix: 23-06-2025, 11:08

İşdən qanunsuz çıxarılmış 37 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar-may ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 137 176 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Bu vəsaitin 90 faizə qədəri əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub. Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 37 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi