lider-media.az

AMEA-da keçirilən beynəlxalq simpoziumun iştirakçıları Heydər Əliyev Mərkəzində olub

Baxış: 205 Tarix: 22-06-2025, 20:44

 

Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpoziumun iştirakçıları iyunun 21-də Heydər Əliyev Mərkəzində olublar.


AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti, professor Əhməd Nuri Yurdusev, Türkiyənin müxtəlif elmi müəssisə və universitetlərinin nümayəndələri sərgi zallarını ziyarət ediblər.


Beynəlxalq simpoziumun iştirakçılarına Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Heydər Əliyev Mərkəzi barədə geniş məlumat verilib, Mərkəzin zəngin kolleksiyası ilə tanışlıqdan sonra xatirə şəkilləri çəkdirilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi