lider-media.az

Alman-Azərbaycan Dostluq Həftəsi çərçivəsində konsert proqramı təqdim olunub

Baxış: 375 Tarix: 20-06-2025, 22:04


İyunun 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Alman-Azərbaycan Dostluq Həftəsi çərçivəsində konsert proqramı təqdim olunub.

Konsert Alman-Azərbaycan Cəmiyyətinin 35 illiyinə həsr olunub.

Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev çıxışı zamanı təşkilatın 35 il ərzində keçdiyi inkişaf yolundan bəhs edib. O, bu illər ərzində Almaniya ilə Azərbaycan arasında qurulan dostluq münasibətlərinin möhkəmləndirilməsində cəmiyyətin rolunu vurğulayıb.

Çingiz Abdullayev qeyd edib ki, cəmiyyətin fəaliyyəti iki ölkə arasında mədəni və humanitar əlaqələrin genişlənməsinə, qarşılıqlı anlaşma və əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Tədbirdə iki ölkə arasında xidməti olan şəxslərə cəmiyyətin “Dostluq” medalı, “Yaşıl Budaqlar” mükafatı və diplomlar təqdim olunub.

Mükafat alanlar sırasında AZƏRTAC-ın əməkdaşı da var.

Daha sonra almaniyalı İda Haaq, Aleksandr Hahn, eləcə də azərbaycanlı incəsənət ustaları – Əməkdar artistlər Nərgiz Əliyeva və İlahə Əfəndiyeva, həmçinin Nigar Məmmədova və Qəlbinur İbrahimlinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Konsertdə, həmçinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru və rəqs kollektivi də çıxış edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi