lider-media.az

Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortadan

Baxış: 109 Tarix: 19-06-2025, 20:57

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə yaradılmasının qeyd olunduğu bu tarixi gün çətin dövrdə belə azadlıq, demokratiya və bərabərlik ideallarını cəsarətlə və inamla qorumağı bacaran xalqın mətanətini bütün dünyaya xatırladır.

Ötən onilliklər ərzində Azərbaycan tarixi yol keçərək bizi ruhlandıran yenidənqurma işləri ilə müasir, inkişaf etmiş bir dövlət qurmuş, suverenliyini bərpa etmişdir.

Ölkələrimiz arasındakı dostluğa görə Sizə minnətdarlığımızı çatdırır, siyasi əlaqələrin, eləcə də təhsil, mədəniyyət, enerji, davamlı inkişaf, çoxtərəfli dialoq sahələrində ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin davam etdirilməsi ilə bağlı niyyətimizi bir daha bildirirəm.

Zati-alinizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.

Ən yüksək ehtiramla,

Coze Ramuş-Horta

Timor-Leste Demokratik Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi