lider-media.az

“Biznesin müflisləşməsi” İşçi qrupu yeni qanun layihəsini müzakirə edib

Baxış: 134 Tarix: 19-06-2025, 18:05

 

İyunun 19-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun növbəti iclası keçirilib. 


İclasda Ədliyyə Nazirliyinin əməkdaşları, Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin, Vəkillər Kollegiyasının və özəl sektorun nümayəndələri iştirak ediblər.


Tədbirin əsas mövzusunu “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsinin ilkin müzakirəsi təşkil edib.


Tədbiri giriş sözü ilə açan İşçi qurupun rəhbəri, ədliyyə nazirinin müavini Abiddin Hüseynov Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti nəticəsində görülən işlərdən, müvafiq sahədə  tematik qrup tərəfindən hazırlanmış qanun layihəsindən bəhs edib.


Ədliyyə Nazirliyinin Qanunvericilik baş idərəsinin rəis müavini Səkinə Əliyeva “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi barədə məlumat verib və təqdim ediləcək təkliflər əsasında layihənin təkmilləşdirilməsi istiqamətində işlərin görüləcəyini bildirib.


Tədbir yeni qanun layihəsi ilə bağlı iclas iştirakçılarının çıxışları ilə davam etdirilib, qrup üzvlərinin təklifləri dinlənilib, bu istiqamətdə müzakirələr aparılıb. Qərara alınıb ki, qısa müddətdə qanun layihəsi daxil olan rəy və təkliflər əsasında təkmilləşdirilərək Komissiyaya təqdim edilsin.


 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi