lider-media.az

Prezident İlham Əliyev: Azərbaycan məhəlləsinin yaradılması çox gözəl hadisədir

Baxış: 288 Tarix: 19-06-2025, 16:49

Qeyd etdiyiniz kimi, Qarabağ məsələsində də biz əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə bir yerdə idik. Bu barədə Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışında bildirib.

“Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatdı və biz tarixi ədaləti bərpa etdik. Bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır”, - deyən dövlətimizin başçısı Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin yaradılmasının da çox gözəl hadisə olduğunu diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi