lider-media.az

Belarusun Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb

Baxış: 105 Tarix: 19-06-2025, 12:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Belarusun Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndələrinin videokonfrans formatında görüşü olub. Görüş iki nazirlik arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası ilə bağlı 2025-2026-cı illər üçün Tədbirlər Planı çərçivəsində təcrübə mübadiləsi məqsədi daşıyıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Azərbaycan və Belarusun arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkəmizdə son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlardan bəhs olunub.  DOST konsepsiyası, sosial sahədə yaradılan e-xidmətlər, habelə sosial ödənişlərin proaktiv təyinatı mexanizmləri barədə məlumat verilib.

Belarusun əmək və sosial müdafiə nazirinin birinci müavini Tatyana Astreyko ölkəsi ilə Azərbaycan arasında dost münasibətləri əsasında ikitərəfli əlaqələrin daim inkişaf etməkdə olmasından, sosial sahədə ardıcıl əməkdaşlıqdan məmnunluğunu bildirib.

Görüşdə sosial təminat, sosial ödənişlərin təyinatının rəqəmsallaşdırılması ilə bağlı təcrübə mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi