Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2017, №12 (II kitab), maddə 2531 (Cild I); 2024, №5 (II kitab), maddə 602) ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 2.10-cu bəndi ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1107 (Cild I); 2024, №1, maddə 97) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nun 2.11-ci bəndi ləğv edilsin.
3. Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli gələn məsələləri həll etsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 18 iyun 2025-ci il
| « Август 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||