lider-media.az

Elm və təhsil naziri “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Çinin nümayəndə heyəti ilə görüşüb

Baxış: 2 Tarix: 18-06-2025, 15:07

İyunun 18-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin İstanbul şəhərində davam edən “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Çinin 20-dək qabaqcıl ali təhsil müəssisəsinin təmsil olunduğu ölkə pavilyonunu ziyarət edib. Çin pavilyonunda təmsil olunan ali təhsil müəssisələrinin fəaliyyət istiqamətləri barədə Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat təqdim olunub.
Nazirlikdən Lider-media.az-a verilən məlumatda bildirilib ki, daha sonra Çinin rəhbər heyətlə təmsil olunan 5 ali təhsil müəssisəsi ilə işgüzar görüş keçirilib. Görüş zamanı iki ölkənin ali təhsil müəssisələri arasında geniş əməkdaşlıq perspektivləri müzakirə olunub. Xüsusilə, texniki elmlər, mühəndislik, tədqiqat və inkişaf sahələrində əməkdaşlığın və inteqrasiyanın vacibliyi vurğulanıb. Eyni zamanda, qarşılıqlı tələbə və müəllim mübadiləsi, birgə proqramların inkişafı, həmçinin ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları qeyd olunub.
Xatırladaq ki, ötən həftə elm və təhsil naziri Emin Əmrullayevin Çinin Çendu şəhərinə səfəri çərçivəsində Çin Xalq Respublikasının elm və texnologiya naziri Yin Hecun ilə görüş keçirilib. Görüş çərçivəsində iki ölkə arasında elm sahəsində əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib, elm, texnologiya və süni intellekt sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini  təşviq etmək məqsədilə niyyət məktubları imzalanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi