lider-media.az

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Baxış: 156 Tarix: 18-06-2025, 14:21

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz Qardaşım.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Pakistan və Azərbaycan qarşılıqlı hörmət, etimad, sülh və firavanlıqla bağlı ortaq baxışa əsaslanan yaxın qardaşlıq münasibətlərinə malikdir. Son bir neçə il ərzində ikitərəfli əlaqələrimizin tez-tez həyata keçirilən yüksəksəviyyəli səfərlərlə və qarşılıqlı maraq doğuran bütün sahələrdə səmərəli əməkdaşlıqla xeyli dərinləşməsi böyük məmnunluq doğurur.

Tərəfdaşlığımızdakı bu güclü inkişaf tempinin xalqlarımıza uzunmüddətli mənfəətlər verməyə davam edəcəyinə əminəm. Pakistan regional bağlılıq, iqtisadi artım və strateji əməkdaşlıq kimi ortaq məqsədlərimizə nail olmaq üçün Azərbaycanla yaxından işləməyə qətiyyətlə sadiq qalır.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, rifah və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıqla bağlı ən səmimi arzularımı çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Asif Əli Zərdari

Pakistan İslam Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi