lider-media.az

​18 iyun - İnsan Hüquqları günüdür

Baxış: 4 Tarix: 18-06-2025, 09:01

İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biridir.Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilən Konstitusiyası insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkib. Azərbaycan Konstitusiyasının təxminən üçdə biri birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunub.

Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklər Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində mümkün olub.

Bu sahədə bir çox sənədlər qəbul edilib. Həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il 18 iyun Azərbaycanda “İnsan hüquqları günü” kimi qeyd olunur. Bu isə müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin bariz nümunəsidir.

Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində atılmış addımlar, həyata keçirilən hüquqi islahatlar və beynəlxalq hüququn normalarına uyğunlaşdırılmış mexanizmlər bu sahədə əldə olunan nailiyyətlərin əsasını təşkil edir. 18 İyun – İnsan Hüquqları Günü bu sahədə atılmış mühüm addımların, hüquqi inkişafın və demokratik cəmiyyət quruculuğunun təntənəsi kimi qeyd olunur. Bu gün dövlət siyasətində insan hüquqlarının qorunması ali dəyər olaraq qalır və bu istiqamətdə islahatların davam etdirilməsi Azərbaycanın hüquqi və demokratik inkişafının zəruri tərkib hissəsidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi