lider-media.az

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hulusi Akarla görüşüb

Baxış: 343 Tarix: 29-01-2024, 20:22

Yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan və qardaş Türkiyə arasında dinamik əməkdaşlıq gündəliyi, habelə parlamentlərarası və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Nazir Ceyhun Bayramov qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin intensiv inkişafını məmnunluqla vurğulayıb və qarşılıqlı səfərlərin bu əlaqələrin inkişafı üçün vacibliyini qeyd edib.

Nazir, həmçinin Azərbaycanın və Türkiyənin dövlət qurumları arasında intensiv işçi təmasların ikitərəfli münasibətlərə böyük töhfə verdiyini diqqətə çatdırıb.

Tərəflər Şuşa Bəyannaməsi çərçivəsində bütün sahələr, xüsusilə də təhlükəsizlik və ordu quruculuğu üzrə iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrini, bu münasibətlərin geniş inkişaf potensialının mövcudluğunu vurğulayıblar.

Hulusi Akar ölkələrimizin bütün platformalarda bir-birinə göstərdiyi qarşılıqlı dəstəyin səviyyəsindən, habelə parlamentlərarası münasibətlərin perspektivlərindən məmnunluğunu ifadə edib. Komissiya sədri, həmçinin Azərbaycanın Türkiyənin müdafiə sənayesinin imkanlarından yararlanması üçün geniş perspektivlərin mövcud olduğunu qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi