lider-media.az

FHN-in əməkdaşı növbəti dəfə qızıl medal qazanıb

Baxış: 154 Tarix: 17-06-2025, 20:54

15 iyun 2025-ci il tarixində dövlət qurumlarının əməkdaşları arasında qolf üzrə yarışlara yekun vurulub. “Dreamland Golf” meydançasında keçirilmiş yarışlar Gənclər və İdman Nazirliyi və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Yarışlarda dövlət qurumlarından 23 əməkdaş mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışlarda iştirak edən Fövqəladə Hallar Nazirliyinin Katibliyinin əməkdaşı Aysel Kazımova qadınlar arasında bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Qalibə Gənclər və İdman Nazirliyinin diplomu və qızıl medal təqdim edilib. Qeyd edək ki, Aysel Kazımova ötən il də dövlət qurumlarının əməkdaşları arasında keçirilən qolf yarışında birinci yerə layiq görülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi