Türkiyənin Nevşehir və Kayseri şəhərlərində “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbirlər keçirilib.“Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin icra etdiyi “Ermənistanın siyasi təxribatlarına qarşı milli strategiya – Qərbi Azərbaycan faktoru” adlı layihə çərçivəsində Türkiyənin Nevşehir və Kayseri şəhərlərində tədbirlər keçirilib.
Nevşehir Hacı Bektaş Veli Universitetində konfrans keçirilib, Kayseri şəhərində isə Yasevi dərnəyində dəyirmi masa təşkil olunub. Nevşehir Hacı Bektaş Veli Universitetinin dosenti Telli Akhun Korkmaz Azərbaycan torpaqlarında ədalətsizcəsinə yaradılmış Ermənistan Respublikasında Azərbaycan Türklərinin acı taleyindən və etnik təmizləmə siyasəti nəticəsində xalqımızın tarixi ərazilərindən zorla çıxarılmasından danışıb. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində yaşanan hadisələrə münasibət bildirib.
Hər iki tədbirdə Türkiyə və Azərbaycan qeyri-hökumət təşkilatları, düşüncə mərkəzləri, akademik dairələr, media nümayəndələri, müəllim və tələbə heyəti iştirak edib və mövzular ətrafında müzakirələr aparılıb.
İctimai Birliyin sədri Qafar Çaxmaqlı və digər çıxışçılar Qərbi Azərbaycandan olan insanların doğma yurd yerlərinə qayıdış mübarizəsinin perspektivlərini, siyasi və hüquqi aspektlərini, beynəlxalq normalara uyğunluğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, hazırkı Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaradılmış, Ermənistan hakimiyyəti isə bu ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsini talan edib. UNESCO və digər beynəlxalq təşkilatların bu məsələyə diqqətsiz yanaşması da tədbir iştirakçılarının diqqət mərkəzində olub. Layihənin əsas məqsədi Ermənistanın Azərbaycana qarşı ideoloji təxribatlarını araşdırmaq, onları beynəlxalq səviyyədə ifşa etmək və Azərbaycanın Qərbi Azərbaycana qayıdışla bağlı milli strategiyasını geniş ictimaiyyətə çatdırmaqdır. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.







ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb