lider-media.az

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub

Baxış: 126 Tarix: 16-06-2025, 08:50

Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun – Milli Qurtuluş Günündə konsert proqramı təqdim edilib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 32-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında keçirilən konsertdə tanınmış müğənnilər, musiqi və rəqs kollektivləri çıxış ediblər. İki saata yaxın davam edən tədbir boyunca Azərbaycana, doğma Qarabağa həsr olunan mahnılar, Vətənimizi vəsf edən musiqilər səslənib. Mərkəzin parkında konserti izləyən yüzlərlə tamaşaçı mahnıları müğənnilərlə birlikdə ifa edib, bu bayram gününü yüksək əhvali-ruhiyyə ilə keçirmək imkanı qazanıblar.

Eləcə də Heydər Əliyev Mərkəzinin binası bayram münasibətilə Azərbaycan bayrağı ilə işıqlandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi