lider-media.az

Əbədiyyətə çevrilmiş Vətən sevgisi

Baxış: 2 Tarix: 15-06-2025, 19:34

 

44 günlük Vətən müharibəsində Xalq, ordu və Ali Baş Komandanın birgə mübarizəsi qələbəni şərtləndirən əsas amil oldu. Şəhidlik məqamına yüksələn oğullarımız bizim şərəf və qürur mənbəyimizdir. Onların bu qəhrəmanlıqları əbədi olaraq xalqımızın qəlbində yaşayacaq, gələcək nəsillərə bir örnək olacaqdır. Xalqımız bu oğullarımız ilə fəxr edir. 

Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. 1989-1999-cu illərdə Göyçay rayonu akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinə yüksək nəticələrlə qəbul olunub. 2003-cü ildə həmin məktəbi "motoatıcı" ixtisası üzrə bitirib və leytenant rütbəsi alıb. Vidadi 2003-2004-cü illərdə Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində ixtisas kursu keçib. 2004-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib. O, müxtəlif hərbi hissələrdə işini şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
Peşəkar hərbiçi hərb sahəsində 20 il qüsursuz xidməti, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibəti ilə medal və sertifikatlar ilə təltif olunub. Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Xəlilov oktyabrın 31-də Laçın döyüşləri zamanı məşhur Laçın Dəhlizində şəhid olub. Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Murovdağ zirvəsinin, Qubadlı, Füzuli, Cəbrayıl və Zəngilanın azad olunması uğrunda gedən döyüşlərdə 100-dən çox erməni əsgərini və zabitini məhv edib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
 Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi