lider-media.az

TÜRKİYƏ PREZİDENT ADMİNİSTRASİYASI KOMMUNİKASİYA İDARƏSİNİN DEZİNFORMASİYAYA QARŞI MÜBARİZƏ MƏRKƏZİNİN MƏLUMATI

Baxış: 141 Tarix: 15-06-2025, 16:31

"Türkiyə sərhədlərinin mühafizəsi yüksək səviyyədədir! Müəyyən qruplar tərəfindən rəqəmsal media platformalarında paylaşılan “İrandan Türkiyəyə miqrasiya dalğası başladı” iddiası həqiqəti əks etdirmir.

İsrailin İrana qarşı həyata keçirdiyi mənfur hücumdan sonra bəzi sosial media hesablarında İrandan Türkiyəyə miqrasiya dalğasının başlandığına dair paylaşımlar dezinformasiya məqsədi daşıyır.

Daxili İşlər Nazirliyimiz Türkiyə–İran sərhəddində hər hansı bir sıxlıq, fövqəladə hərəkətlilik və ya nizamsız miqrasiyanın olmadığını təsdiqləyir.

Bundan əlavə, sərhədlərimiz təhlükəsizlik qüvvələri tərəfindən ən müasir texnologiya ilə təchiz olunmuş təhlükəsizlik sistemləri vasitəsilə 7/24 fasiləsiz olaraq nəzarətdə saxlanılır.

Sözügedən sistemlərə təhlükəsizlik divarları, termal kamera sistemləri, işıqlandırmalar, elektro-optik qüllələr, liftli qüllələr və zirehli müşahidə vasitələri daxildir.

Müvafiq təhlükəsizlik qüvvələrimiz sərhədlərdən hər hansı qanunsuz keçidə yol vermir, bu cür cəhdlərin qarşısı dərhal alınır.

Yayılan paylaşımların gündəmi manipulyasiya etmək, xarici düşmənçiliyi qızışdırmaq və “sabitliyi pozmaq” məqsədi daşıması kimi qiymətləndirilir.

Vətəndaşlarımızdan bu cür dezinformasiya xarakterli paylaşımlara inanmamaları, yalnız rəsmi qurumların verdiyi açıqlamalara etibar etmələri xahiş olunur.

İctimai asayişi hədəf alan sözügedən dezinformasiya fəaliyyətlərinə qarşı müvafiq qanunvericilik çərçivəsində lazımi hüquqi tədbirlər görüləcəkdir.

Dezinformasiyaya qarşı mübarizə fəaliyyətlərimiz düzgün məlumatlandırma, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq və hüquqi mübarizə yolu ilə davam etdiriləcəkdir."


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi