Səfiyar Behbudov 14 iyun 1967-ci ildə Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbi bitirmişdir. Bir ildən sonra Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. O, 1987-ci ildə ordudan tərxis olunaraq, rayon hərbi komissarlığının təqdimatı ilə zabitlik kursuna göndərilmişdir.
Kiçik leytenant rütbəsi ilə kursu bitirən Səfiyar Azərbaycan Milli Azadlıq Hərəkatının ilk günlərindən ön sıralarda getmişdir. O, Bərdədə “Soy” adlı Demokratik Gənclər Təşkilatı yaradaraq, rayon gənclərini öz ətrafına toplamışdı. Xocalı soyqırımından bir həftə sonra Səfiyar tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil oldu. Onu bölmə komandiri təyin etdilər. Səfiyar Tərtər bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, onun bölməsini Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa göndərirlər.
1992-ci il… Mart ayının 11-i… Həyəcan siqnalı… Düşmən Əsgəran yaxınlığındakı postumuza hücum edərək oranı mühasirəyə alır. Səfiyar öz PDM-i ilə döyüşə girir. Tapşırığı uğurla yerinə yetirən Səfiyar düşmənin müqavimətini qıraraq, mühasirədə olan döyüşçülərimizi xilas edir. Özü isə Əsgərana doğru irəliləyir. Qaraqaya deyilən yerdə Səfiyar düşmənin böyük qüvvəsinə rast gəlir. Lakin geri çəkilmir, irəliləməkdə davam edir. Səhərdən erməni quldurlarına qan udduran cəsur döyüşçünün PDM-i son anda vurulur. O, ağır yaralanır. Onu bu vəziyyətdə əsir götürürlər. Əsir saxlandığı 10 gün ərzində ona olmazın işgəncələr verirlər. O, ağır işgəncələrə mətanətlə dözür, öz zabit andına sadiq qalır, düşmənə heç bir sirr vermir.
Erməni quldurları Səfiyar Behbudovun ayaqlarını məftillə bağlayaraq, üstünə neft töküb yandırırlar. Gənc zabitin yanmış cəsədini 21 mart 1992-ci ildə çox çətinliklə, “AXC”-nin Ağdam şöbəsinin köməyi ilə almaq mümkün olur.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Behbudov Səfiyar Abuzər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.


Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Xocalının Vətən Müharibəsi Şəhidləri
Cəbrayılın Milli Qəhrəmanları-Qürurla anırıq
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb