lider-media.az

Lənkəranda Cənub Regional Boks Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib

Baxış: 563 Tarix: 13-06-2025, 17:03

 

 İyunun 12-də Cənub Regional Boks Mərkəzinin əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimi keçirilib. Tədbirdə gənclər və İdman naziri Fərid Qayıbov, Boks Federasiyasının vitse-prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər. Tədbir iştirakçıları Mərkəzdə yaradılan şəraitlə tanış olublar, idmançılarla söhbət ediblər.

 Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti bu gün onun laiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Əsaslı təmirdən sonra istifadəyə verilən Cənub Regional Boks Mərkəzininölkəmizdə idmana göstərilən diqqət və qayğının ən bariz nümunələrindən biri olduğu, idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində atılan addımların ölkədə sağlam və güclü gəncliyin formalaşmasına zəmin yaratdığı vurğulanıb. Mərkəzin sadəcə bir idman zalı deyil, eyni zamanda bu, sağlamlığın, iradənin, gənclərin inkişafının və vətənpərvərliyin simvolu olduğu qeyd edilib.

Sonda idmançılarla xatirə şəkli çəkdirilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi