MEK-də “15 İyun - Milli Qurtuluş Günü” adlı sərgi təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 15 İyun - Milli Qurtuluş Günü münasibətilə sərgi təşkil olunub.
Nəşrlərdə Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, o cümlədən onun çıxış və nitqləri, arxiv sənədləri və fotoalbomlar yer alıb. Bundan əlavə, kitablarda Milli Qurtuluş Gününün tarixi-siyasi aspektləri, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi yolundakı mübarizəsi, həmçinin 1993-cü ildən sonrakı dövrdə ölkədə həyata keçirilən siyasi, iqtisadi və ictimai islahatlara dair məlumatlar, müstəqillik dövrünün analizi ilə bağlı araşdırmalar geniş yer tutur.
Sərgi iki həftə müddətində davam edəcək.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO