İyun ayının 12-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində 2024-2025-ci tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilmişdir.
Bu barədə Lider-media.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə Xüsusi Məktəbin pedaqoji heyəti, kursantlar və valideynlər iştirak etmişlər.
Çıxış edənlər Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan, yüksək bilik və peşəkarlığa malik, vətənə, xalqa və Müzəffər Ali Baş Komandana sadiq sərhədçi kadrların yetişdirilməsində xüsusi əhəmiyyət daşıdığını vurğulamışlar.
Bildirilmişdir ki, burada təhsil alan kursantlar təkcə nəzəri biliklərlə deyil, həm də müasir texnologiyalara əsaslanan təlimlərlə silahlanaraq gələcəyin sərhədçi zabitləri kimi formalaşırlar. Onların ali hərbi təhsilə hazırlanması, vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunması Xüsusi Məktəbin əsas fəaliyyət istiqamətlərindəndir.
Heydər Əliyev Fondunun dəstəyi ilə 14 il əvvəl fəaliyyətə başlamış, qısa müddət ərzində nüfuzlu və qabaqcıl təhsil müəssisələrindən birinə çevrilmiş Xüsusi Məktəbin açılış mərasimində, eləcə də 2018-ci ildə yeni inşa olunmuş ikinci tədris korpusunun istifadəyə verilməsi zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsən iştirakının ölkə rəhbərliyinin sərhəd mühafizəsinə, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsinə göstərdiyi ali diqqət və qayğının bariz nümunəsi olduğu qeyd olunmuşdur.
Göstərilən etimadın nəticəsidir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-2025-ci ilin yekunlarına dair keçirilmiş imtahanlarda Xüsusi Məktəbin 11-ci siniflər arasında 3 kursantı, 9-cu siniflər arasında 15 kursantı fərqlənmə attestatına layiq görülmüş, 11-ci siniflər arasında 21 kursantı, 9-cu siniflər arasında 45 kursantı 200-dən yuxarı bal toplamışdır.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırıldıqdan sonra Xüsusi Məktəbi bitirən kursantlara döş nişanları təqdim olunmuş, məzunların xatirəsini əks etdirən adlı siyahı “Məzun simvolu” olan nar ağacına sancılmışdır.
Tədbirin sonunda 5-ci və 11-ci sinif kursantlarının iştirakı ilə məzunların buraxılışına həsr olunan çinar ağacı əkilmişdir.







_da8e5d4e190f874a444328f05167bc9b.jpg)





DSX Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir
Prezident İlham Əliyev Fərman imzaladı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb