lider-media.az

Politoloq: "ABŞ-da baş verənlər Trampın siyasi xəttinə qarşı daxili mübarizənin göstəricisidir"

Baxış: 2 Tarix: 12-06-2025, 11:17

 

Lider-media.az-a danışan siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Los-Ancelesdə baş verən son iğtişaşlar ABŞ-da seçki öncəsi vəziyyətin gərginləşdiyini və Donald Trampın miqrasiya ilə bağlı sərt siyasətinə qarşı daxildə formalaşmış geniş müqavimətin nəticəsi olduğunu göstərir.

O qeyd edir ki, Trampın seçkiöncəsi verdiyi əsas vədlərdən biri miqrasiyaya qarşı ciddi tədbirlərin görülməsi idi. İndi bu vədin yerinə yetirilməsi cəhdləri ABŞ cəmiyyətində, xüsusilə demokratlar, miqrantlar və bir sıra dövlət strukturları arasında ciddi qarşıdurmaya səbəb olub.

Asif Nərimanlının fikrincə, hazırkı etirazlarda maraqlı tərəflər də var. Trampın siyasətinə qarşı yönəlmiş strukturlar – məsələn, USAID və onun ətrafında birləşən şəbəkələr – bu prosesin arxasında dayanan əsas güclərdən biri kimi çıxış edir. O vurğulayır ki, Trampın son zamanlar ordunu səfərbər etmək istəyi də onun bu təhlükəni dərk etməsi ilə əlaqədardır: “Tramp hesab edir ki, təkcə küçədəki etirazçılar deyil, eyni zamanda arxasında dayanan dərin strukturlar da onunla mübarizə aparır. Bu səbəbdən daha sərt addımlar atır.”

Bununla belə, şərhçi vətəndaş müharibəsi ehtimalını hələlik zəif hesab edir. O qeyd edir ki, ABŞ bu cür iğtişaşlarla tarixində dəfələrlə üzləşib və ciddi sosial-siyasi sarsıntılar yaşansa da, ölkə bu böhranları idarə edə bilib. Amma Nərimanlı xəbərdarlıq edir: “Cəmiyyətdə ideoloji qütbləşmə daha da dərinləşir. Sorğular göstərir ki, tərəflər arasında fikir ayrılığı artıq qarşılıqlı nifrətə çevrilib. Bu isə parçalanmanı daha da artırır.”

Sonda Asif Nərimanlı bildirir ki, hadisələrin digər şəhərlərə də sıçraması mümkündür, xüsusilə demokratların güclü olduğu ərazilərdə. Bu isə Trampın siyasətinə qarşı mübarizəni daha geniş miqyasda davam etdirəcək. Lakin hələlik bu proseslərin ABŞ-ı vətəndaş müharibəsinə sürükləyəcəyi ehtimalı zəif görünür.

Hədiyyə Aslan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi