lider-media.az

Türkiyə ilə sosial xidmətlər sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Baxış: 181 Tarix: 13-06-2025, 10:52

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və ölkəmizdə səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş arasında işçi şam yeməyi əsnasında görüş olub. Mahinur Özdemir Göktaş Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirləri və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda Bakıda keçirilən 2-ci iclasında iştirak etmək üçün Azərbaycanda səfərdədir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində iki ölkənin əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. İkitərəfli əməkdaşlığımızın bütün sahələrdə, o cümlədən sosial sahədə daim genişlənməkdə olduğu qeyd edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun tətbiqinə dair 2024-2025-ci illər üzrə Fəaliyyət Planı üzrə görülən işlərdən bəhs olunub.

Əməkdaşlığın intensivləşdiyi və birgə tədbirlərin uğurla davam etdiyi nəzərə alınmaqla növbəti illər üzrə yeni Fəaliyyət Planının hazırlanmasına, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi