lider-media.az

IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib

Baxış: 3 Tarix: 12-06-2025, 18:13

İyunun 11-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə dəniz mövsümünün başlanması ərəfəsində Bilgəh qəsəbəsində yerləşən ictimai çimərlikdə sahilyanı təmizlik aksiyası təşkil olunub. IDEA-nın  verilən məlumatına görə, “Sahillər təmiz qalsın!” şüarı altında keçirilən aksiyada 50 IDEA könüllüsü iştirak edib. Aksiya zamanı 2 tona yaxın tullantı toplanaraq Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib. Aksiyanın əsas məqsədi vətəndaşlar arasında sahilyanı ərazilərdə təmizlik qaydalarına əməl olunmasını təşviq etmək, dənizkənarı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və ictimaiyyəti Xəzər dənizi və ətraf mühitin mühafizəsi istiqamətində səfərbər etməkdir. Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş müntəzəm tədbirlər təşkil edir.

IDEA İctimai Birliyi dəniz mövsümünün başlanması ərəfəsində vətəndaşları çimərliklərdə istirahət edərkən ətraf mühitin mühafizəsinə həssas yanaşmağa, sahilləri təmiz saxlamağa, tullantıları ətrafa atmamaqla məsuliyyətli davranış sərgiləməyə və yaranmış tullantıları özü ilə aparmağa çağırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi