lider-media.az

Bakıda ilk dəfə Türkdilli Dövlətlər Birliyi Onkologiya Konqresi keçiriləcək

Baxış: 220 Tarix: 12-06-2025, 16:36

Türkdilli dövlətlərin onkoloq alimləri xərçənglə mübarizə mövzusunda müzakirələr aparmaq üçün ilk dəfə bir ayara gələcəklər

  İyunun 13-14-də Bakıda türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlığı gücləndirmək məqsədi ilə “1-ci Türkdilli Dövlətlər Birliyi Onkologiya Konqresi” keçiriləcək. 
Lider-media.az xəbər verir ki, Marriott Boulevard Hotel Baku-da təşkil olunacaq tədbir onkoloqları, səhiyyə orqanlarını və elm adamlarını bir araya gətirəcək. Konqres xərçənglə mübarizədə ümumi baxış yaratmaq məqsədi daşıyır.
Konqresin əsas məqsədi türk dövlətlərindən olan onkoloqlar arasında elmi, sosial və mədəni əməkdaşlığı inkişaf etdirməkdir; bilik və təcrübə mübadiləsini artırmaq və xərçəngin erkən diaqnostikasının, effektiv müalicə üsullarının və skrininq proqramlarının ümumi çərçivədə həll edilməsini təmin etməkdir. 
Qeyd edək ki, konqresdə Azərbaycan da daxil olmaqla, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan ümumilikdə 500-ə yaxın akademik və səhiyyə qurumu iştirak edəcək. 
Avrasiya Onkologiya Dərnəyinin dəstəyi ilə Türkiyədən 100 akademik konqresə qatılacaq. 

Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi