lider-media.az

Macarıstanın Baş naziri Viktor Orbandan

Baxış: 140 Tarix: 12-06-2025, 16:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli canab Prezident.

İcazə verin, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi çatdırım.

Ölkələrimiz arasında əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu, bizim daim genişlənən iqtisadi, siyasi əlaqələrimizdə özünü göstərir. Mən Azərbaycanın Macarıstanın inkişaf etmiş strateji tərəfdaşı olmasından və enerji resurslarının Avropaya tədarükünü artıraraq ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfə verməsindən məmnunam.

Cənab Prezident, Siz son görüşümüzdə bildirdiniz ki, Azərbaycan gələcəkdə bizi lazımi miqdarda təbii qazla təchiz edəcək və buna görə Sizə minnətdaram.

Sizi əmin etmək istərdim ki, hökumətim qarşılıqlı tərəfdaşlığımızı gücləndirməyə və yüksəksəviyyəli dialoqu davam etdirməyə sadiqdir.

Biz qəti şəkildə inanırıq ki, birgə səylərimiz ölkələrimizin inkişafına təkan verəcəkdir.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Hörmətlə,

Viktor Orban

Macarıstanın Baş naziri


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi