lider-media.az

Bakıda “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün” adlı beynəlxalq konfrans keçiriləcək

Baxış: 943 Tarix: 12-06-2025, 10:17

Bu ilin oktyabr ayında Bakıda “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün” adlı beynəlxalq konfrans keçiriləcək. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi tərəfindən təşkil olunacaq. Konfrans süni zəka, texnoloji transformasiya və insan cəmiyyəti sahələrində ixtisaslaşmış dövlət rəsmilərini, yerli və beynəlxalq ekspertləri, alimləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.

SOCGOV 2025 süni zəkanın cəmiyyətin sosial həyatına təsiri və sosial transformasiya sahəsində aktual mövzuların müzakirə olunacağı nüfuzlu platformasına çevriləcək. Konfransın hər il keçirilməsi və beynəlxalq ənənəyə çevrilməsi planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi