lider-media.az

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisinin Qanunverici Palatasının sədri ilə görüşüb

Baxış: 287 Tarix: 12-06-2025, 09:57

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Özbəkistan Respublikası Ali Məclisinin Qanunverici Palatasının sədri Nurdinjon İsmoilov ilə görüşüb. Görüşdə dost ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunaraq, Azərbaycanla Özbəkistanın bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi qeyd edilib. Münasibətlərin hazırki yüksək səviyyəyə çatmasında iki ölkənin dövlət başçılarının mühüm rolu diqqətə çatdırılaraq, bildirilib ki, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, sıx təmaslar dost və qardaş ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə daxil olmasını şərtləndirib.

Söhbət zamanı qeyd edilib ki, qanunverici orqanlarımız arasında əlaqələrin genişlənməsi ikitərəfli münasibətlərin inkişafına töhfə verir. Milli Məclisin Özbəkistan parlamentinin hər iki palatası ilə əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb. Spiker Sahibə Qafarova özünün Özbəkistana, qarşı tərəfin qanunverici orqanlarının rəhbərlərinin isə ölkəmizə səfərlərini məmnunluqla xatırladaraq, bu sahədə müsbət dinamikanın olduğunu deyib. Vurğulanıb ki, parlamentarilərimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisinin Qanunverici Palatasının sədri ilə görüşübMilli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisinin Qanunverici Palatasının sədri ilə görüşübMilli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisinin Qanunverici Palatasının sədri ilə görüşüb

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi