lider-media.az

Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib

Baxış: 462 Tarix: 11-06-2025, 19:08

Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib

Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının (BCF) Konqresi keçirilib.

Azərbaycan Cüdo Federasiyasındanverilən məlumata görə, nüfuzlu tədbirdə milli federasiyaların, qitə ittifaqlarının və beynəlxalq cüdo ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Toplantıda altıncı dəfə BCF-in prezidenti seçilən Marius Vizer qarşıdakı dörd il ərzində quruma rəhbərlik edəcək.

Konqres çərçivəsində 2025–2029-cu illər üçün Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənib. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev İcraiyyə Komitəsinin üzvü seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi