lider-media.az

Emin Əmrullayev Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransında iştirak edir

Baxış: 336 Tarix: 11-06-2025, 13:30

10-12 iyun tarixlərində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransında iştirak edir.

Nazirliyin mətbuat xidmətindən Lider-media.az-a verilən məlumatda bildirilib ki, sözügedən konfrans "İnnovasiya üçün birlikdə, hərkəs üçün inkişaf – Bir Kəmər, Bir Yol üçün Elm və Texnologiya İnnovasiya Birliyinin Birgə Qurulması" mövzusuna həsr edilib. 

Konfransda 100-dən çox ölkənin və beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər. 

Konfrans çərçivəsində elm və texnologiya sahəsində əlaqələr üçün yeni modellərin araşdırılması və əməkdaşlıq şəbəkəsinin formalaşdırılması, texnologiya transferi, elmi-texnoloji parklar və sahibkarlıq sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılması mövzularında müzakirələr aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi