lider-media.az

"Süni Zəka ilə Sosial Dəyişim” adlı tədbir

Baxış: 289 Tarix: 11-06-2025, 13:01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Qusar rayonunda “Konstitusiya və Suverenlik” ilinə həsr olunmuş  “Süni Zəka ilə Sosial Dəyişim” adlı tədbir keçirilib.  Tədbirin əsas məqsədi süni intellekt sahəsindəki aktual trendləri, bu texnologiyanın dövlət idarəçiliyində tətbiqi imkanlarını və ictimai xidmətlərdə rolunu müzakirə etmək olub.  

Hər iki qurumun nümayəndələrinin iştirakı ilə “Dövlət və süni zəka: Texnologiyadan strateji alətə” adlı panel müzakirə keçirilib. Həmçinin süni intellektin sosial ehtiyaclarının proqnozlaşdırılması mövzularında da müzakirələr aparılıb.  İştirakçılar həm nəzəri, həm də praktiki bilik və bacarıqlarını paylaşmaq və inkişaf etdirmək imkanı əldə ediblər. Proqram çərçivəsində müxtəlif komanda yarışları təşkil olunub , qaliblərə diplom və mükafatlar təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi