lider-media.az

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Baxış: 344 Tarix: 29-04-2024, 16:48

Aprelin 28-də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Sadiq Əhmədovun üzərində kəsilmiş-deşilmiş xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1954-cü il təvəllüdlü, əvvəllər məhkum edilmiş Vaqif Dadaşovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sadiq Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Vaqif Dadaşov hadisədən bir qədər sonra ürəktutmadan vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. 

İbtidai istintaq davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi