lider-media.az

“Məşğulluğa Dəstək Layihəsi” üzrə ötən dövrdə 25 minə yaxın şəxs üçün təsərrüfatlar qurulub

Baxış: 505 Tarix: 10-06-2025, 20:12

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində ötən dövrdə 25 minə yaxın şəxs avadanlıqlarla təmin edilib. Verilmiş avadanlıqlar hesabına onlar istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurublar.

2020-2025-ci illəri əhatə edən bu Layihə özünüməşğulluq proqramının genişlənməsinə, həssas əhali qruplarının (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) kiçik biznesə çıxışına dəstək məqsədi daşıyır.

22 min işsiz şəxsi əhatə etməsi hədəflənən Layihənin uğurlu icrasının nəticəsi olaraq 2025-ci ilin sonunadək 26 mindən artıq benefisiarın bu layihəyə cəlb edilməsi hədəflənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi