lider-media.az

“Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İB toxuculuq və ebru kurslarında ilk dəsrlərə başladı

Baxış: 264 Tarix: 10-06-2025, 18:51

 “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyi (TTXMİDİB)Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Toxuculuq və ebru sənətinin öyrədilməsi” adlı layihənin icrasına başlayıb. Bunun üçün TTXMİDİB tərəfindən layihədə tərəfdaş təşkilat kimi iştirak edən Bakıdakı Yunus Əmrə İnstitutunda toxuculuq və ebru sənəti üzrə təlim kursları təşkil edib. Bu gün artıq kurslarda ilk dərslər başladı. Dərslərə başlamazdan əvvəl Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Güven Çolak, İnstitutun Mədəniyyət üzrə koordinatoru Aygün Ələkbərzadənin iştirakı ilə açılış tədbiri təşkil olundu. Güven Çolak, layihə rəhbəri Zərnişan Azayeva bu əməkdaşlıqdan məmnun olduqlarını bildirdilər.

Qeyd edək ki, toxuculuq və ebru sənətinin öyrənilməsinə maraq çoxdur. Kurslarda nəzərdə tutulduğundan artıq tələbə ilk dərsdən maraqla iştirak edirlər. Layihə ərzində uşaq evlərindən olan gənc qızlar, şəhid ailəsi üzvləri, evdar, işsiz qadınlara toxuculuq və ebru sənəti haqqında nəzəri biliklər veriləcək, praktiki dərslərdə tələbələr Azərbaycan və digər Türk xalqlarına məxsus milli naxışlarla əl işləri hazırlayacaq.


Məlahət Abdullayeva,

İdarə Heyəti üzvü.




10.06.2025.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi