
10 iyun 1974-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1991-ci ildə Bakıdakı 199 saylı orta məktəbi bitirib. 1992-ci ilin avqust ayında Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordumuzun sıralarında xidmətə çağırılıb. Bəxtiyar 776 saylı hərbi hissədə əsgəri xidmətə başlayır və tez bir zamanda komandirlərin hörmətini qazanır.
O, 1992-ci ilin oktyabrında cəbhəyə yola düşür. Əvvəlcə Qubadlı bölgəsində gedən qanlı döyüşlərdə iştirak edir. Sonra Füzuli, Murovdağ əməliyyatlarında əsl qəhrəmanlıq nümunəsi göstərir. 1994-cü ildə onu Tərtər, Ağdərə bölgəsinə göndərirlər. Bəxtiyar müddətdən artıq xidmətə keçirilir. O, harada, hansı cəbhədə xidmət etməsindən asılı olmayaraq, hər yerdə öz əsgəri andına sadiq qalır,onu layiqincə yerinə yetirməyə çalışırdı. Cəsur, qorxmaz və yetkin hərbçi olduğunu nəzərə alan komandanlıq onu qrup komandiri təyin edir. Ən qaynar nöqtələrdə göstərdiyi misilsiz döyüş rəşadətinə görə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Allahverdiyev Bəxtiyar Əzizulla oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
1995-ci ildə Müdafiə Nazirinin əmri ilə B.Allahverdiyevi hərbi biliyini artırmaq məqsədilə Türkiyə Respublikasına göndərdilər. 1996-cı ildə o, ixtisas kursunu müvəffəqiyyətlə başa vurub, doğma hissəyə qayıtdı. 1997-ci ildə isə gizir rütbəsi alaraq, 196 saylı hərbi hissənin kəşfiyyat taqımına komandir təyin olundu. B.Allahverdiyev 1998-99-cu illərdə Zabitləri Təkmilləşdirmə və Gizirlər kurslarında təminat taqımının komandiri, 1999-2000-ci illərdə isə Bakı Ali Komandirlər Məktəbində taktika kafedrasının təlimatçısı vəzifələrində çalışmışdır. Həmin ilin oktyabr ayında ordudan tərxis olunmuşdur.
O, 2001-ci ildə Daxili İşlər Orqanlarına işə qəbul edilmişdir. 2002-ci ildə Polis Akademiyasının qiyabi şöbəsinə daxil olmuş, işləyə-işləyə 2007-ci ildə təhsilini başa vurmuşdur. Xətai rayon Əlahiddə Polis İdarəsinin Polis Bölüyündə çalışmışdı. 2004-cü ildən 2006-cı ilə qədər İsmayıllı rayonunda sahə müvəkilli vəzifəsində işləmişdir.

Xocalının Vətən Müharibəsi Şəhidləri
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb